30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədlər tərəfindən BƏYANAT A- / A+
30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədlər tərəfindən   BƏYANAT





09 Fevral 2020-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədlər tərəfindən

BƏYANAT

Biz, aşağıda imza edən deputatlığa qeydə alınmış namizədlər hesab edirik ki, 9 Fevral 2020-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bizim Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində, İnsan hüquqları haqqında bəyannamənin 21-ci maddəsinin 1-ci bəndində və Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyasının 1 saylı protokolunun 3-cü maddəsində təsbit edilmiş hüquqlarımız pozulmuşdır.

Bununla da, biz, 9 Fevral 2020-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı tərəfimizdən, səlahiyyətli nümayəndə, vəkil edilmiş şəxs və müşahidəçilərimizin seçki komissiyaları tərəfindən seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qeydə aldığımız və aktlaşdırdığımız Seçki Məcəlləsinin ciddi pozuntularının olması faktını nəzərə alaraq, keçirilmiş seçkinin rəsmi nəticələrini tanımadığımızı bəyan edir, 30 saylı Suraxanı birinci Seçki Dairəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edirikшаблоны для dle 11.2
Tarix: 13-02-2020, 16:50
Baxış sayı: 579







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu