“Ən yaxın rəqibimi bir neçə min səs fərqi ilə üstələmişəm” A- / A+
“Ən yaxın rəqibimi bir neçə min səs fərqi ilə üstələmişəm”




Xəbər verdiyimiz kimi, ötən gün açıqlanan exit-pollun nəticələrinə əsasən, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlu liderdir.

“TodayNews.az” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası bu dairədə nəticələri hələ açıqlamayıb. Məsələ ilə bağlı sosial şəbəkədə açıqlama yayan R. Arifoğlu bildirib ki, buna səbəb kimi həmin dairədən şikayətlərin olması göstərilir:

“MSK sədri Məzahir Pənahov mətbuat konfransında deyib ki, bu şikayətlərə həssaslıqla baxılacaq, bəlkə də heç bir əsası yoxdur, bəlkə də hansısa addım atılmalıdır. Bizim dairədən başqa, daha bir neçə seçki dairəsində də analoji vəziyyət haqqında məlumat yayılıb. (Ümumilikdə 8 dairə)

Təbii ki, seçki mürəkkəb bir tədbirdir, böyük bir yarışdır, on minlərlə insanın seçici olaraq rol aldığı, tərəflərə bölündüyü nəhəng siyasi hadisədir. Bu baxımdan, gərginlik, çəkişmə, mübahisə gözləniləndir. O cümlədən də şikayətlər. Biz də seçkinin gedişatına dair rəqibimizin qanunsuz əməlləri və saxtakarlıqları barədə şikayətlər vermişik. Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə min səs fərqi ilə üstələmişəm”.

Rauf Arifoğlu əlavə edib ki, hər hansı araşdırma onların maraqlarına uyğundur: “Belə bir addım qələbəmizin legitimliyini daha da möhkəmləndirəcək”.шаблоны для dle 11.2
Tarix: 10-02-2020, 14:49
Baxış sayı: 651







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu