“Hökumətdə devalvasiya qorxusu yoxdur” - Elman Rüstəmov A- / A+
“Hökumətdə devalvasiya qorxusu yoxdur” - Elman Rüstəmov





“İstənilən neftin qiymətinə istənilən çağırışda cavab verməyə hazırıq. Bizim kifayət qədər potensialımız var”. “TodayNews.az” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov REAL TV-yə müsahibəsində deyib.
Baş bankir vurğulayıb ki, hər hansı emosional qərar qəbul etmədən situasiyanı tarazlamaq mümkündür: “Əhalimiz buna nə qədər tez inansa, proses tez səngiyəcək. Problem ajiotaj yükündən irəli gəlir. Banklarda kifayət qədər valyuta var və hər gün biz bu valyutanı artırırıq. Bu gün əhalinin xərclədiyini kompensasiya edirik. Proses nə qədər çəkəcəksə, bunu edəcəyik”. E. Rüstəmov əlavə edib ki, hökumətdə və Mərkəzi Bankda devalvasiya qorxusu yoxdur: “Bu məsələ heç beş dəqiqəlik də olsa, müzakirə mövzusu olmayıb”.шаблоны для dle 11.2
Tarix: 13-03-2020, 11:07
Baxış sayı: 702



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu