"Chevrolet servis-də özbaşnalıq" A- / A+
"Chevrolet servis-də özbaşnalıq"


Chevrolet-in servisində ÖZBAŞINALIQ!
Son zamanlarda rəsmi servislərdəki problemlər səngimək bilmir. Bu dəfə isə problemdən də ötə, özbaşınalıqdan danışacağıq.
Özbaşınalıqlardan biri də Əliyeva Gülnar Asif qızının başına gəlib. Belə ki, adını qeyd etdiyimiz xanım tərəfindən TodayNews.az informasiya portalına daxil olan şikayətdə bildirilir ki,o, cari ilin aprel ayının 6-da Chevrolet Aveo markalı avtomobilində yaranmış bir problemlə - avtomobilin tez-tez qaynatmasıyla əlaqədar Babək prospekti-ndə yerləşən Performans sentrə müraciət edib. Servisdə avtomobili təhvil alib iki gündən sonra- 08.04.2019 tarixində Gülnar xanıma avtomobilin düzəldiyini və 66.01 manat pul ödəməli olduğunu bildiriblər. Xanım deyilən məbləği ödəyərək avtomobili təhvil alıb.
Lakin problem həllini tapmayıb. Belə ki, 08.05.2019-cu il tarixində sürücü xanım yaranmış eyni problemlə bağlı yenidən Babək prospekti-ndə yerləşən Performans sentrə müraciət edib. Servisdən sürücüyə avtomobilinin bir neçə detalının dəyişilməli olduğu bildirilir. Bu dəfə isə məbləğ 393.22 manat təşkil edib. Tələb olunan məbləği ödəyən xanım elə həmin gün avtomobilini təhvil alıb və avtomobilə 5000 km zemanet verilib.

Bu gün isə (23.05.2019 – red.) xanım sürücü təkrar həmin problemlə Babək prospekti-ndə yerləşən Performans sentrə müraciət edib. Servisden isə bildiriblər ki, artiq problem bizlik deyil: “Servis problemi araşdırıb mənbəyini tapmamış, ehtiyac olmadığı halda avtomobilimdə detalları dəyişiblər. Zəmanət vermələrinə baxmayaraq problemi qəbul etmirlər”, deyə xanım sürücü Gülnar Əliyeva redaksiyamıza bildirib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

TodayNews.azшаблоны для dle 11.2
Tarix: 23-05-2019, 19:17
Baxış sayı: 468







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

Bu gün Mübariz ibrahimovun il dönümüdür

Sorğu