Azərbaycanda Dollar Bahalaşacaq?? A- / A+
Azərbaycanda Dollar Bahalaşacaq??


Azərbaycanda dollar bahalaşacaq? - Ekspert ŞƏRHİ

Xəbər verdiyimiz kimi, İranda və Türkiyədə dollar bahalaşıb. Qonşu ölkələrdə xarici valyutanın bahalaşması Azərbaycanda da dolların qiymətinə təsir göstərəcəkmi?? Todaynews.az- ın məlumatına görə, bununla bağlı açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanda dolların bahalaşması gözlənilmir "Təbii ki, Azərbaycan üçün əhəmiyyəli olan qonşu ölkələrdə dolların bahalaşması ölkəmizdəki valyuta bazarlarına öz təsirini göstərir. Həm leqal, həm də illeqal yollarla həmin ölkələrə valyuta axını müşahidə oluna bilər. Xüsusilə illeqal yollarla valyuta axını ən təhlükəli məsələlərdən biridir. Bu gün bizdə şəffaf nəzarət sisteminin olmaması, hansısa formada məmurların bu prosesdə iştirakı illeqal yollarla ölkədən iri həcmli valyutanın ölkədən çıxarılmasına şərait yaradır. Amma nəzərə almalıyıq ki, hökumət sabit məzənnə siyasətini davam etdirməkdə qərarlıdır. Hökumət mümkün qədər rəsmi və qeyri-rəsmi yollarla ölkədən valyuta axının qarşısını alacaq. Sosial nəticələrin ağırlığını nəzərə alaraq dövlət neftin qiymətində kəskin dəyişim olmasa bu il ərzində mövcud məzənnəni qoruyub saxlayacaq. Ancaq qonşu ölkələrdə xarici valyutanın bahalaşmasının Azərbaycan bazarına həm psixoloji, həm də real təsirləri mümkündür".шаблоны для dle 11.2
Tarix: 8-05-2019, 01:03
Baxış sayı: 67



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu