
Vergilər Nazirliyi əlavə dəyər vergisinin (ƏDV) faiz dərəcəsinin diferensiallaşdırılmasını nəzərdə tutan qanun layihəsini təqdim edərkən bir sıra dövlət qurumlarının narazılığı ilə üzləşib.
Bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov bildirib ki, bu, çox ciddi və mürəkkəb məsələdir: "Heç də hər kəs bu qanunun qəbul olunmasının tərəfdarı deyil, bunun əleyhinə çıxmış qurumlar da var. Hələlik bu qanunun hansı formada qəbul olunacağı məlum deyil. Əgər parlament bu qanunu qəbul edərsə, qanun təklif olunmuş variantda yanvarın 1-dən qüvvəyə minə bilər".
Onun sözlərinə görə, qanun layihəsində müxtəlif sahələrdə ƏDV-nin diferensiallaşdırılması nəzərdə tutulur: “Dərman preparatları üçün ƏDV-nin azaldılmış faiz dərəcəsinin müəyyənləşdirilməsi vaciib məsələdir. Digər vacib məsələ məktəb ləvazimatlarıdır”.
Qeyd edək ki, Azərbaycanda ƏDV-nin vahid dərəcəsi 18 faizdir.
Tarix: 30-11-2016, 17:20
Baxış sayı: 127
Redaktor seçimi
- "Bu gün Çingiz Mustafayevin Doğum günüdür."
- Qobustan şəhəri qaranlığa qərq olub.
- "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"
- Qobustan şəhərinin natəmiz və bərpad istirahət parkı
- “Əmim oğlunun meyitinin küçədən tapılması yalandır”
- Qobustan rayon Telekommunikasiya Qovşağında yenə ÖZBAŞINALIQ!

Digər xəbərlər