Gəncədə çini qablar istehsal edən müəssisə açılacaq A- / A+
Gəncədə çini qablar istehsal edən müəssisə açılacaq

Gəncədə çini qablar istehsal edən müəssisənin təməli qoyulacaq.

Bu barədə BMT-nin Azərbaycanda olan nümayəndə heyəti ilə keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

Hazırda Gəncə şəhərində 30-a yaxın iqtisadi-sosial layihənin icra edildiyini deyən E.Vəliyev yeni zavodun fəaliyyətə başlamasını yerli sakinlərin işlə təminatı istiqamətində mühüm töhfə olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Gəncədə ilk çini qablar zavodu 1970-ci illərin əvvəllərində işə düşüb və 2500 nəfərə yaxın işçinin çalışdığı müəssisə 25 ildən çox fəaliyyət göstərib. Zavodun Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə kimi istehsal məhsulları keçmiş ittifaq ölkələrinə ixrac olunub.шаблоны для dle 11.2
Tarix: 23-11-2016, 17:40
Baxış sayı: 162



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu