Bakı limanının tikintisinin ilk mərhələsi gələn il başa çatacaq A- / A+
Bakı limanının tikintisinin ilk mərhələsi gələn il başa çatacaq
Ələt qəsəbəsindəki Bakı beynəlxalq dəniz ticarət limanının tikintisinin birinci mərhələsi 2017-ci ilin sonunadək başa çatacaq.

Bunu jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, birinci mərhələ başa çatdıqdan sonra liman sutkada 1280 ton yük qəbul edəcək.

Liman direktoru qeyd edib ki, tikinti işləri 3 mərhələdən ibarət olacaq. 3-cü mərhələdən sonra Ələt Limanı sutkada 7600-dən çox yük qəbul etmək imkanına malik olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yeni Bakı Limanı (Ələt terminalı) və ətrafında azad ticarət zonasının yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. 2017-ci ildən ATZ-in tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulub.шаблоны для dle 11.2
Tarix: 21-11-2016, 19:30
Baxış sayı: 133



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu