Sığorta ödənişlərinin həcmi artıb A- / A+
Sığorta ödənişlərinin həcmi artıb
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 420 milyon manat həcmində sığorta haqqı toplanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 milyon manat və ya 11 % çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 191 milyon manat təşkil edib ki, bu da ötən ilə nisbətdə 36% çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 10 ayı ərzində könüllü sığorta növləri üzrə haqlar 15%, ödənişlər isə 38% artmışdır. İcbari sığorta növləri üzrə haqlar 4%, ödənişlər isə 30% artaraq müvafiq olaraq 148 və 47 milyon manat təşkil edib.шаблоны для dle 11.2
Tarix: 21-11-2016, 20:10
Baxış sayı: 173



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu