Güləşçimiz yarımfinala yüksəldi A- / A+
Güləşçimiz yarımfinala yüksəldi





İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

"TodayNews.az"ın məlumatına görə, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

60 kq çəki dərəcəsində Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisi Yakopo Sandrona qalib gəlib. Ancaq o, 1/4 finalda məğlubiyyətdən qaça bilməyib.

67 kq-da İslambek Dadov təsnifat mərhələsində macar həmkarı Kristian İştvan Vança ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub olub.

72 kq çəkidə mübarizə aparan Ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi Stoyan Stoyçev Jubatov üzərində inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə batmaq mümkün olmayıb - 0:8.

82 kq-da yarışan Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçi Tirone Sterkenburqa çətinlik çəkmədən qalib gəlib - 8:0. O, 1/4 final mərhələsində İsveç idmançısı Boqdan Kurinnoyu 3:2 hesabı ilə məğlub edərək, adını yarımfinala yazdırıb. Azərbaycanlı güləşçi finala vəsiqə uğrunda görüşdə italiyalı Çiro Russo ilə qarşılaşacaq.

97 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev isə ilk görüşdə polşalı rəqibi Tadeuş Mixalikə 0:9 hesabı ilə uduzub. Mixalik növbəti mərhələdə məğlub olduğundan Nuriyev bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını itirib.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. Onlardan Sənan Süleymannov finala yüksəlib. 77 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda Zoltan Levai (Macarıstan) ilə üz-üzə gələcək. 55 kq-da Eldəniz Əzizli və 87 kq-dakı İslam Abbasov bürünc medal uğrunda görüşə çıxacaqlar. Əzizlinin rəqibi Covanni Freni (İtaliya) olacaq. Abbasov isə bürünc medal uğrunda litvalı Eyvidas Stankeviçyusla yarışacaq. Sabah Şəriəti (130 kq) zədə səbəbindən təsəlliverici görüşlərə qatılmayıb və medal şansını itirib. Taleh Məmmədov isə (63 kq) təsəlliverici qarşılaşmada Macarıstan idmançısı Erik Torbaya 3:9 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
шаблоны для dle 11.2
Tarix: 11-02-2020, 20:14
Baxış sayı: 852



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      ƏN ÇOX OXUNANLAR
        Sorğu