Qalmaqallı plakatı qaldıran qız özünü binadan atdı A- / A+
Qalmaqallı plakatı qaldıran qız özünü binadan atdı






Bakıda 8 Mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib. "TodayNews.az" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanadan bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.шаблоны для dle 11.2
Tarix: 10-03-2020, 11:47
Baxış sayı: 649



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      ƏN ÇOX OXUNANLAR
        Sorğu