Bakıda dava qəzaya səbəb oldu, yaralı var A- / A+
Bakıda dava qəzaya səbəb oldu, yaralı var






Bu gün gecə saat 01:00 radələrində Bibiheybət yolunda yol-nəqliyyat hadisəsi baş verib. “TodayNews.az” xəbər verir ki, 90 NN 642 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi idarəetməni itirərək yol kənarındakı piyadanı vurub. Daha sonra isə arakəsməyə çırpılıb. Hadisə nəticəsində piyada xəsarət alıb.
Məlumata görə, qəzadan əvvəl təkər təmiri sexində çalışan işçilər arasında dava olub və bir-birlərinə təkər atıblar. Bu zaman təkərlər yola düşüb və hərəkətdə olan sürücünün qarşısına çıxıb. Sürücü isə maneədən yayınmaq istəyərkən piyadanı vurub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2
Tarix: 7-03-2020, 10:34
Baxış sayı: 662



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu