Zaur Əliyev xəstəxanalardakı ölüm faktlarından danışdı A- / A+
Zaur Əliyev xəstəxanalardakı ölüm faktlarından danışdı





“Əgər tibb müəssisələrində ölüm faktı baş verirsə, bu aidiyyəti qurum tərəfindən araşdırmaya götürülür”.

“TodayNews.az” xəbər verir ki, bu sozləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölümdə həkim səhlənkarlığı ilə bağlı məqam varsa, xəstəxananın səlahiyyəti ondan ibarətdir ki, həmin tibb işçisinə töhmət versin:

“Bu, həm də qeydə alınan ölüm faktında yaşanmış səhvin ağırlıq dərəcəsindən asılıdır. Səhlənkarlığı varsa, həkim ya işdən çıxarılır, ya da töhmət verilir. Daha sonra aidiyyatı üzrə hüquq-mühafizə orqanına məlumat verilir.

Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir. Artıq məhkəmə-tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komisiyyaları məsələyə müdaxilə edir”.шаблоны для dle 11.2
Tarix: 20-02-2020, 13:34
Baxış sayı: 634



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu