“Konserv məhsulu bir ailənin faciəsinə səbəb olub” A- / A+
“Konserv məhsulu bir ailənin faciəsinə səbəb olub”





“Dünən ev şəraitində hazırlanmış konserv məhsulu bir ailənin faciəsinə səbəb olub”.

“TodayNews.az” xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib. Bildirib ki, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib:

“Ev şəraitində hazırlanmış konserv məhsulundan istifadə etdikdən sonra bir nəfər dünyasını dəyişib, iki nəfər isə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanadadır. Bir qida məhsulu bütün ailənin faciəsinə səbəb olub. Bu baxımdan əhaliyə xəbərdarlıq etmək istəyirik ki, yüksək texnologiyalar vasitəsilə emal olunan məhsulları ev şəraitində kustar üsullarla hazırlamağa cəhd etməsinlər”.

Sədr bildirib ki, aqrokimyəvi maddələrin iştirakı ilə baş verən zəhərlənmələr başqadı, batulizmlə bağlı yaranmış başqa:

"Məhsul konservləşdirilən zaman gözlə görünməyəcək dərəcədə torpaq qaldıqda belə bakteriyanın yayılması üçün zəmin, şərait yaranır. Batulizm zəhərlənmə həmişə olub. Ev şəraitində konservləşdirmə sistemi həddindən artıq təhlükəlidir. Ev şəraitində həyata keçirirsə, maksimum dərəcədə təhlükəsizlik qaydalarına əməl olunmalıdır".шаблоны для dle 11.2
Tarix: 13-02-2020, 12:17
Baxış sayı: 619







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu