Məntəqədə ölən vəkillə bağlı Baş Prokurorluqdan - Açıqlama A- / A+
Məntəqədə ölən vəkillə bağlı Baş Prokurorluqdan - Açıqlama





Baş Prokurorluq Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində vəkil - 1954-cü il təvəllüdlü Gəncə sakini, Hacıyev Sübhan İsrafil oğlunun ölümü ilə bağlı məlumat yayıb.

"TodayNews.az"a daxil olan məlumatda deyilir:

"Fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.

Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirib və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalar davam etdirilir".
шаблоны для dle 11.2
Tarix: 10-02-2020, 00:25
Baxış sayı: 631







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu