“Azərişıq”dan məntəqələrdə işığın sönməsi xəbərinə reaksiya A- / A+
“Azərişıq”dan məntəqələrdə işığın sönməsi xəbərinə reaksiya





Gecə saatlarında baş verən güclü külək səbəbindən bir neçə Bakıətrafı kənd və qəsəbədə elektriklə bağlı problem yaşanıb.

Bu barədə “TodayNews.az”a məlumatı sakinlər verib. Bildirilib ki, Mehdiabad qəsəbəsində işıq olmadığından vətəndaşlar 45 saylı Abşeron seçki dairəsində qaranlıqda səs vermək məcburiyyətində qalıblar.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “TodayNews.az”a açıqlamasında deyib ki, gecə baş verən güclü külək nəticəsində 2-ci Qobu elektrik xəttində qəza baş verib. Bu səbəbdən Mehdiabad qəsəbəsi və Məhəmmədi kəndinin bəzi ərazilərində işığın verilməsində fasilələr yaranıb:

“Artıq qəza aradan qaldırılıb, gün sonuna kimi bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq. Küləyin sürəti yüksək olduğundan əməkdaşlar rahatlıqla işləyə bilmir. Ancaq bütün buna baxmayaraq gücləndirilmiş iş rejimində işləyirik və hər cür texnikamız var.

Hövsanda Qum adası deyilən ərazidə də hava xətlərində kiçik problemlər yaşanıb və bu səbəbdən Suraxanı və digər qəsəbələrin bəzi ərazilərində elektrik enerjisinin veilməsində fasilə yaranıb, problem qısa müddətdə aradan qaldırılacaq”.

T. Mustafayevin sözlərinə görə, hazırda regionlarda hər hansı problem müşahidə olunmayıb:

“Qabaqlayıcı tədbirlərimiz öz nəticələrini verir, təşkilatçılıq yüksək səviyyədədir. Dağətəyi rayonlara güclü qar yağsa da, hələ ki, elektriklə bağlı problem yaşanmayıb.

199 çağrı mərkəzimiz də aktiv fəaliyyət göstərir. Fərdi qaydada belə gələn zənglərə diqqətlə yanaşılır”.шаблоны для dle 11.2
Tarix: 9-02-2020, 11:49
Baxış sayı: 587







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu