Qobustan rayon 2 sayı tam orta məktəbdə pul yığılır? A- / A+
Qobustan rayon 2 sayı tam orta məktəbdə pul yığılır?


"Orta məktəblərdə şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılır".
Bununla bağlı "Todaynews.az"-a müraciət edən Qobustan rayon sakinləri övladları 2saylı tam orta məktbədə oxuyan valideynlər bildirir ki, müxtəlif adlarla məktəblərdə pul yığılır. "Fond pulu", xadimə, təmir və s. adlarla pul yığıldığını deyən valideynlər bildirir ki, yığılan bu pulları verməyə məcbur olurlar: "Heç kəs övladının başqa uşaqlardan seçilməsini istəmir. Bunu həm də ona görə edirik ki, sinifdə uşaqlarımıza qarşı ayrıseçkilik olmasın. Ona görə də, yığılan pulları verməyə məcbur oluruq. Valideynlər bildirir ki, 2-saylı tam orta məktəbin 7-ci sinif rəhbəri Əliyeva Nazəndə bu məsələdə bilavasitə iştirak edir. Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov "Todaynews.az"-a bildirib ki, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu, yolverilməzdir: “Buna baxmayaraq, hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən əslində dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş məsələlərə görə yenidən pul yığılır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi açıq və qəti şəkildə bu kimi məsələlərdən ötəri pul yığılmasına qarşı mübarizə aparır və bunu pisləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən, orta məktəblərdə təhsil alan bütün şagirdlərin dərslikləri dövlət tərəfindən pulsuz olaraq təmin edilir. Bu o deməkdir ki, dövlət başçısı səviyyəsində müəyyən edilib ki, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığıla bilməz”.
Əsədov qeyd edib ki, hər il dövlət büdcəsinin vəsaiti hesabına yüzlərlə məktəb binası tikilib istifadəyə verilir, təmir olunur: “Təhsil ocaqları lazımi səviyyədə bütün avadanlıqlarla təmin edilir” deyən ekspert bildirir ki, heç bir əlavə ləvazimatlara ehtiyac olmadığı halda bəzi məktəblərdə pul yığılır. Onun sözlərinə görə, bundan başqa, kiçik və böyük summativ qiymətləndirmələr üçün şagirdlərdən pul yığılır ki, bu da yolverilməzdir. “Çünki dövlət tərəfindən bütün məktəblər lazımi sayda printer və kağızla təmin olunur”.шаблоны для dle 11.2
Tarix: 13-11-2019, 22:34
Baxış sayı: 1 065



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu