Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib A- / A+
Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib


Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

TodayNews.az xəbər verir ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klniki Tibbi Mərkəzə yerləşdirilib.
O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Todaynews.az a bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).шаблоны для dle 11.2
Tarix: 5-10-2019, 12:04
Baxış sayı: 46



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu