"Ölümün tezləşməsinin qarşısını alan əməl" A- / A+
"Ölümün tezləşməsinin qarşısını alan əməl"


Bu dünyada baş verən bütün hadisələr İlahi təqdirə əsasən baş verər. Allahın səbəb və nəticə qanunlarına əsasən, hər bir varlıq bir yolla dünyaya gələr və başqa yolla dünyanı tərk edər.



Bir çoxlarının da bildiyi kimi, ölüm iki cürdür: qəti ölüm və qəti olmayan ölüm. Birinci növ ölüm – təbii ölümdür ki, insan dünyaya gələndən və bir müddət ömür sürəndən sonra həyat amilləri azalar və o, qocalıb ölər. Lakin qəti olmayan ölüm isə tez çatan əcəllərdir ki, insan onu öz əməl və rəftarları ilə qabağa salar. Hər iki növ ölüm İlahi təqdir sayəsində baş verər. Lakin bunu da qeyd etmək lazımdır ki, insan öz əməl və rəftarları ilə öz taleyini müəyyən edə bilər. İnsan əgər dini çərçivədən çıxmasa, gigiyenasına diqqət etsə, saleh əməllər yerinə yetirsə - ömrünü təbii həddə çatdıra bilər.



Ölümün tezləşməsinin qarşısını alan bəzi əməllər vardır ki, insan onları tanımalı və onlara əməl etməlidir. O cümlədən: qohumlarla sileyi-rəhm etmək, zülmdən çəkinmək, sədəqə vermək, ehsan etmək... (Tebyan)


Ona görə də deyə bilərik ki, İlahi təqdirin həyata keçməsinə insanın öz seçimləri, rəftar və əməlləri təsir edə bilər. Bunu bir misalla daha aydın izah edək: içində bir qədər nefti olan çırağı yandırsaq, onun sönməsi üçün iki yol təsəvvür oluna bilər. Biri odur ki, o qədər yanar ki, içərisindəki nefti sona çatar və təbii şəkildə sönər. Biri isə nefti qurtarmamış, kimsə onu söndürər. Allahın hər iki hadisəyə də elmi vardır. Ancaq Onun bu elmi bizim rəftar və əməllərimizi müşahidə etməklə olar.



Müasir həyatda insanların əksər hissəsi qəti olmayan ölümlə ölərlər, nəinki təbii ölümlə. Bəzən insan özü ölümü üçün şərait yaradar: təbii və sağlam olmayan qidalar yeyər, sağlam həyat tərzindən uzaq olar və sair.



Əməllər də o cürdür. Əgər sileyi-rəhm edərsə - ömrü artar, əgər qohumluq əlaqəsini kəsərsə - azalar.



Dinimiz buyurur ki, sədəqə bir çox bəlaların qarşısını alar. Ona görə də sədəqə verərək həyatın gözlənilməz hadisələrinin qarşısını ala bilərik.шаблоны для dle 11.2
Tarix: 21-08-2019, 09:24
Baxış sayı: 236







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu