Rəşad Atakişiyevin nəşi tapıldı A- / A+
Rəşad Atakişiyevin nəşi tapıldı


İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu Rəşad Atakişiyevin nəşi tapılıb. "TodayNews.az" xəbər verir ki, bu barədə  pilotun qayınatası Qabil Hüseynli məlumat verib.
Onun sözlərinə görə, bu gün Rəşad Atakişiyevin nəşi ekzpertizadan keçiriləcək. Sabah mərhum pilotla vida mərasimi təşkil olunacaq.  R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

Rəşad Atakişiyev 1984-cü ilin yanvarın 7-də doğulub. O, Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.шаблоны для dle 11.2
Tarix: 20-08-2019, 12:59
Baxış sayı: 50







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu