Qobustan şəhəri qaranlığa qərq olub. A- / A+
Qobustan şəhəri qaranlığa qərq olub.




Qobustan rayonunun mərkəzində yerləşən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış məntəqəsinin (Bazar) ərazisində işıqsızlıq problemi hökm sürür. Həmin bölgədə quraşdırılmış işıq lampalarının heç biri yandırılmır. Qobustan rayonun bu hissəsi qaranlığa qərq olmuş vəziyyətdədir. İşıq dirəkləri olduğu halda işıqların yanmaması problemi təbii olaraq, əhalinin də narahatlığına və narazılığına səbəb olmuşdur. Burada yaşayan və mütəmadi olaraq bu yollardan istifadə edərək gedib-gələn rayon camaatı bu problemin ən qısa vaxt çərçivəsində aradan qaldırılmasını istəyir. Bundan əlavə olaraq, Qobustan rayonunun digər mərkəzi küçələrindən biri olan Heydər Əliyev prospektində yol kənarında quraşdırılmış LED lampalar sökülmüşdür və bunun nəticəsində də prospekt gecələr işıqdan məhrum olmuşdur. Onu da qeyd edək ki, həmin ərazidə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Cənab Adil Məmmədovun böyük bir imarəti vardır. Rayon sakinlərinin verdiyi məlumatlara əsasən, prospektdən sökülmüş LED lampalar İcra başçısı Adil Məmmədovun öz həyətində quraşdırılmışdır. Sakinlər dövlətə məxsus bu lampaların prospektdən götürülərək Adil Məmmədovun həyətinə yerləşdirilməsindən şikayətlənirlər. Onlar haqlı olaraq tələb edirlər ki, tezliklə ya həmin LED lampalar öz yerinə qaytarılsın, yaxud da həmin lampaların yerlərinə yeniləri əlavə olunsun. Xatırladaq ki, cənab prezident İlham Əliyev küçə işıqlarının lazımi səviyyədə olmadığını və bu məsələyə ciddi diqqət göstərilməli olduğunu bildirmişdir. Ümumiyyətlə, prezidentin bir çox çıxışlarına baxmayaraq, hələ də ölkənin müxtəlif yerlərində fərqli problemlər hökm sürməkdədir. Dəfələrlə bu və bunun kimi digər məsələlərin xalqın rifahi naminə həll olunması üzrə ölkə başçısı tərəfindən göstərişlər və əmrlər verilsə də, görünüşə əsaslanaraq deyə bilərik ki, bunların çoxuna məhəl qoyulmur. Lakin hər halda ümid edirik ki, Qobustan rayonun yuxarıda qeyd olunan ərazilərində yaşanılan bu kimi problemlər tezliklə həll olunacaqdır...

Xəbərin müəllifi
İbrahimzadə Sevincшаблоны для dle 11.2
Tarix: 20-08-2019, 11:04
Baxış sayı: 420



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu