Yevlaxda oğurluq edən şəxs saxlanılıb A- / A+
Yevlaxda oğurluq edən şəxs saxlanılıb


Yevlax rayonunda oğurluq edən şəxs saxlanılıb. "Todaynews.az" "Report"-a istinadən xəbər verir ki,  bir qrup Yevlax rayon sakini müxtəlif vaxtlarda Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən 3 ədəd samovar və qızıl əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Rahib Dünyamalı saxlanılıb. Onun 650 manat dəyərində samovar və 630 manat dəyərində qızıl əşyaları oğurlayaraq vətəndaşlara ziyan vurduğu müəyyən edilib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.шаблоны для dle 11.2
Tarix: 29-07-2019, 16:06
Baxış sayı: 914



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      Sorğu