"Ağdərənin işğalından 26 il ötür" A- / A+
"Ağdərənin işğalından 26 il ötür"


Bu gün Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin işğalından 26 il ötür. “Todaynews.az” xəbər verir ki, Ağdərə 7 iyul 1993-cü ildə ermənilər tərəfindən zəbt edilib. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun və qəsəbənin adını dəfələrlə dəyişiblər. 1923-cu ildə Cerabert, 1930-cu ildə isə Mardakert kimi rəsmiləşdiriblər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilib, qəsəbə isə keçmiş adı ilə - Ağdərə adlandırılıb. Şəhər 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilib. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb.

Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, müharibənin başlanğıcında Ağdərə də erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir.

Lakin 1993-cü ildə Azərbaycanda  yaranmış siyasi gərginlikdən məharətlə istifadə edən Ermənistan Ağdərə şəhərini yenidən işğal edir. Ağdərə daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları ilə zəngin olub. Şəhərin qədim memarlıq abidələri və körpüləri, müqəddəs ziyarətgahı olan Ulduztəpə piri, eləcə də Sərsəng su anbarı da düşmən tapdağındadır.

Qeyd edək ki, işğal zamanı 167 azərbaycanlı itkin düşüb. Onlardan 162-si kişi, 4-ü qadın, 1-i azyaşlı uşaq olub.шаблоны для dle 11.2
Tarix: 7-07-2019, 14:31
Baxış sayı: 741







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu