“Əmim oğlunun meyitinin küçədən tapılması yalandır” A- / A+
“Əmim oğlunun meyitinin küçədən tapılması yalandır”


Keçmiş millət vəkili İqbal Ağazadə əmisi oğlunun ölməsi ilə bağlı açıqlama verib.

“Todaynews.az"-a açıqlamasında İ. Ağazadə bildirib ki, əmisi oğlu Loğman Abbasovun meyitinin küçədən tapılması yalandır:

“Loğman Abbasov yeni tikili binalarda qapı, pəncərələrin quraşdırılması ilə məşğul olurdu. Hadisə günü də işdə olub, binanın 7-ci mərtəbəsinə qalxıb və ürəktutmadan vəfat edib. Həmin mərtəbədə yaşayış yoxdur və orada başqa işçilər olmadığı üçün bir müddət ondan xəbər ala bilməyiblər. Buna görə də itkin düşməsi haqda polisə məlumat verilib.

Daha sonra isə meyiti həmin binadan tapılıb. Əvvəllər onun ürəyində problem olmayıb”.

Qeyd edək ki, 49 yaşlı L.Abbasov ailəlidir.шаблоны для dle 11.2
Tarix: 14-06-2019, 14:20
Baxış sayı: 409







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu