Tanınmış Şairə Nazilə Səfərli-nin oğlu qəzaya düşdü A- / A+
Tanınmış Şairə Nazilə Səfərli-nin oğlu qəzaya düşdü


Tanınmış şairə Nazilə Səfərlinin oğlu Nurlan qəzaya düşüb.

“Todaynews.az”-ın əldə etdiyi məlumata görə, hadisə şənbə günü Masazır yolunda baş verib. 

Nurlan “KİA” markalı avtomobili ilə idarəetməni itirərək başqa bir maşına çırpılıb. Qəza zamanı avtomobil yararsız hala düşüb, şairənin oğlu isə özəl xəstəxanalardan birinə yerləşdirilib. 

Hazırda N. Səfərlinin oğlunun vəziyyəti qənaətbəxş hesab edilir.


Şairə instaqram səhifəsində post paylaşaraq məlumatı təsdiq edib: “Gördüm ki, oğlumun qəza etməsi barədə xəbər yazıblar. Məlumat dolğun olmadığı üçün hər kəsə qısa fikrimi demək istəyirəm.  Oğlum yüngül xəsarət almışdı, vəziyyəti yaxşıdır. Bir az əvvəl sarğı etdilər, bu gün evə buraxılır. Narahat olunası heç nə yoxdur, qəza hamının başına gələ bilər. Allah balalarımızı qorusun. Xoşbəxtəm ki, əlimlə verdiklərim qarşıma çıxır”. шаблоны для dle 11.2
Tarix: 23-05-2019, 10:48
Baxış sayı: 80



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      Sorğu