Bərdədə avtomobil təmiri sexində partlayış olub, xəsarət alanlar var A- / A+
Bərdədə avtomobil təmiri sexində partlayış olub, xəsarət alanlar var


Bərdə rayonunda avtomobil təmiri sexində partlayış baş verib.

"Todaunews.az"-ın verdiyi xəbərə görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 30 kvadratmetr olan obyektdə minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib. Nəticədə ərazidəki avtomobil ehtiyat hissələri yanıb. Eyni zamanda hadisə zamanı rayon sakinləri - 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-cı il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Alov söndürülüb, yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub.шаблоны для dle 11.2
Tarix: 20-05-2019, 16:50
Baxış sayı: 34







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

Bu gün Mübariz ibrahimovun il dönümüdür

Sorğu