İŞ ADAMININ EVİNƏ BASQIN A- / A+
İŞ ADAMININ EVİNƏ BASQIN


Türkiyədə məşhur iş adamı "Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.

İş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb.

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.

Qeyd edək ki, "Sarar”ın mağazalar zəncirinin Bakıda da mağazası var.шаблоны для dle 11.2
Tarix: 20-05-2019, 14:55
Baxış sayı: 50



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      Sorğu