XƏZƏR RAYON BİNƏ QƏSƏBƏSİNDƏ KİŞİ KEÇMİŞ HƏYAT YOLDAŞI DA DAXİL OLMAQLA 4 NƏFƏRİ BIÇAQLADI A- / A+
XƏZƏR RAYON BİNƏ QƏSƏBƏSİNDƏ KİŞİ KEÇMİŞ HƏYAT YOLDAŞI DA DAXİL OLMAQLA 4 NƏFƏRİ BIÇAQLADI


Binə qəsəbəsi südçülük sovxozunun ərazisində bıçaqlanma hadisəsi baş verib. “Todaynews.az" Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 20-də saat 3 radələrində Xəzər rayonunun Binə qəsəbəsi südçülük sovxozunun ərazisində kirayə yaşayan M.Rzayevanın evinə gəlmiş keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Z.Rzayev münaqişə zəminində ona, qızı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Q.Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini V.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəsarət almış həmin şəxslər xəstəxanaya yerləşdirilib, V.Əliyev ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Rzayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıbшаблоны для dle 11.2
Tarix: 20-05-2019, 14:38
Baxış sayı: 64



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu