ŞƏKİ SAKİNİ BİR ÇANTA NARKOTİKLƏ TUTULDU A- / A+
ŞƏKİ SAKİNİ BİR ÇANTA NARKOTİKLƏ TUTULDU


Çantada 20 kiloqrama yaxın narkotik daşıyan Şəki sakini saxlanılıb.
Bildirilir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları mayın 17-də daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Şəki şəhər sakini, 51 yaşlı Zakir Baxışov qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilindiyindən tutularaq Polis Şöbəsinə gətirilib.
Onun əlindəki çantaya baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 140 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z. Baxışov həmin narkotik vasitəni Qax rayonu Qaşqaçay kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini və satmaq məqsədilə Balakən rayonuna gətirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.шаблоны для dle 11.2
Tarix: 19-05-2019, 21:05
Baxış sayı: 42



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      Sorğu