Bakıda silahlı atışma, polisə bıçaqlı müqavimət A- / A+
Bakıda silahlı atışma, polisə bıçaqlı müqavimət


Tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanıb. Bu dəfə atışma mayın 13-dən 14-nə keçən gecə şəhərin mərkəzində baş verib.
"Todaynews.az"-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları atışmanın bütün iştirakçılarını saxlayıb.
Məlumata görə, insident Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub.
Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayiş keşikçisinə müqavimət göstərib. Nəticədə hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açılıb.
"Todaynews.az"ın əldə etdiyi məlumata görə, İsa Əzizovun atəş açdığı şəxslər kriminal aləmin üzvləri olub. Onunla birgə 6 nəfər saxlanılıb, digər şəxslər isə axtarışa verilib. İ.Əzizov saxlanılan zaman polislərə müqavimət göstərib.
Millət vəkili Adil Əliyev “Todaynews.az”-a onun və Məhərrəm Əliyevin bacısı nəvəsi kimi təqdim olunan İsa Əzizovla bağlı açıqlama verib.

Deputat qeyd edib ki, hələ bir neçə il bundan əvvəl İsa Əzizovun hərəkətlərinə münasibət bildirib: “Yanacaqdoldurma məntəqəsində hadisə baş verəndə biz bildirdik ki, sözügedən şəxs bacımızın nəvəsi deyil, dayımızın nəvəsidir. Və onun hərəkətlərinə görə biz cavabdeh deyilik. Bu qədər uzaq qohumu Məhərrəm Əliyevin az qala ailə üzvü kimi təqdim etmək və onun adına bağlayaraq xəbəri tirajlamaq doğru deyil.
Əgər onun hərəkətlərinə himayədarlığı Məhərrəm Əliyev və mən etsəydim, bu, yerinə düşərdi. Bu hadisəyə görə 4-5 nəfər həbs olunub, onların içərisində yalnız İsa Əzizovun adı xəbərə çevrilibsə, bu, Məhərrəm Əliyevə çamur atmaq niyyətindən xəbər verir".шаблоны для dle 11.2
Tarix: 15-05-2019, 16:42
Baxış sayı: 53



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu