Faciəvi şəkildə ölən tibb bacısı A- / A+
Faciəvi şəkildə ölən tibb bacısı


Dünən Bakı şəhər Nəsimi rayonu ərazisində tibb bacısının facivə şəkildə ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. "Todaynews.az" xəbər verir ki Səməd Vurğun bağının qarşısında “Mercedes” markalı minik avtomobilinin vurub öldürdüyü 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızı “Mediclub” klinikasında 3 ay əvvəl işə başlayıbmış.
Belə ki, sosial şəbəkədə yayılan videoya görə Səhiyyə Nazirliyi tərəfindən işdən çıxarılan Firəngiz özəl klinikaya müraciət etdikdən sonra həmin xəstəxananın operativ şöbəsində işə qəbul edilib. Hadisə də elə klinikanın yaxınlığında baş verib və 27 yaşlı Firəngizə ilk tibbi yardım işlədiyi klinikada göstərilib. Ağır kəll-beyin travması almış, ayaqları sınmış, digər ağır xəsarətləri olan gənc tibb bacısı xəstəxanaya məxsus təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciəvi hadisədə vəfat edən Nəzərova Firəngiz Eldar qızı bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanımdır. Həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı F. Nəzərova işdən çıxarılmışdı. Firəngiz daha sonra “Mediclub”da işə düzəlmişdi.шаблоны для dle 11.2
Tarix: 15-05-2019, 15:14
Baxış sayı: 29







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

Bu gün Mübariz ibrahimovun il dönümüdür

Sorğu