"Satılır" sözünə görə cərimə olunmayacaq A- / A+
"Satılır" sözünə görə cərimə olunmayacaq


Avtomobillərin üzərində "satılır" sözü yazanların cərimə edilməsi ilə bağlı mətbuata yayılan məlumatlara Baş Dövlət Yol Polis İdarəsindən münasibət bildirib

İdarənin şöbə rəisi Kamran Əliyev "Todaynews.az"-a açıqlamasında bildirib ki, məlumatlar onun adından yayılsa da, o, son bir ildə bu haqda heç bir medya qurumuna açıqlama verməyib: "Mən belə bir açıqlama verməmişəm. Ola bilsin ki, 3-4il əvvəl avtomobilin üzərinə "Satılır" sözü yazıb piyada səkilərində uzun müddət saxlayan piyadaların hərəkətinə mane olan sürücülərlə bağlı açıqlamadan istifadə ediblər. O zaman isə mən maşınların səkidə saxlanılmasına görə cərimələnməsi haqda danışmışam.

Reklam məsələləri "Reklam haqda" qanunla tənzimlənir. "Satılır" sözünə görə heç bir sürücü cərimə. Ümumiyyətlə,avtabillərin üzərində olan və onun hansı şirkətə, hansı quruma məxsus olduğunu bildirən adlar, loqolar reklam satılmır.Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunarsa, buna görə sürücü cərimə oluna bilər.шаблоны для dle 11.2
Tarix: 13-05-2019, 13:56
Baxış sayı: 26







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

Bu gün Mübariz ibrahimovun il dönümüdür

Sorğu