Türkiyə aviaşirkətləri uçuşları dayandırdı A- / A+
Türkiyə aviaşirkətləri uçuşları dayandırdı





Türkiyənin “Atlas Global” aviaşirkəti son dörd ay ərzində ikinci dəfə uçuşları dayandırıb. Gözləntilərə görə, o, müflis olduğunu elan edəcək. “TodayNews.az”ın məlumatına görə, bu barədə Türkiyənin “Daily Sabah” qəzeti yazıb.

“Kompaniya 2019-cu ildə yeni İstanbul aeroportuna köçməsi ilə əlaqədar yaranan maliyyə problemləri səbəbindən müflis olduğunu elan etməyi planlaşdırır”, - nəşr yazır.

Kompaniya artıq 27 noyabr – 21 dekabr tarixlərindəki reysləri ləğv edib. Bundan sonra o, London, Bağdad, Tel-Əviv və Amsterdama olan reysləri, eləcə də bəzi daxili marşrutları qismən bərpa edib.

Qeyd edək ki, “Atlas Global” “ETS Group” holdinqinə məxsusdur. Onun parkında 18 təyyarə, eləcə də İstanbulda yerləşən Baş Qərargahı var.шаблоны для dle 11.2
Tarix: 14-02-2020, 10:20
Baxış sayı: 642







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu