Rusiya “Facebook”u da cərimələdi A- / A+
Rusiya “Facebook”u da cərimələdi





Moskva məhkəməsi “Facebook” sosial şəbəkəsini 4 milyon rubl cərimələyib.

“TodayNews.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkənin rusiyalı istifadəçilərin məlumat bazasının lokallaşdırılması haqqında məlumatı verməkdən imtina etməsidir. Bu barədə hakim Aleksandr Mixalev bildirib.

O qeyd edib ki, “Facebook” “Fərdi Məlumatlar sahəsində Rusiya Federasiyası Qanunvericiliyinin pozulması” İnzibati Xətalar Məcəlləsinin 13.11-ci maddəsinin 8-ci bəndi üzrə təqsirli bilinib.

Qeyd edək ki, daha əvvəl məhkəmə serverləri Rusiyaya verməkdən imtina etdiyi üçün Tvitteri də 4 milyon rubl cərimələmişdi.шаблоны для dle 11.2
Tarix: 13-02-2020, 22:39
Baxış sayı: 605







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu