Türkiyə bayrağını cıran yunan millət vəkili cəzalandırıldı A- / A+
Türkiyə bayrağını cıran yunan millət vəkili cəzalandırıldı





Avropa Parlamenti Türkiyə bayrağını cıran yunan millət vəkili İoannis Laqosu cəzalandırıb.

“TodayNews.az” Türkiyə mediasına istinadən xəbər verir ki, millət vəkili cərimələnib və 4 gün müddətinə parlamentin fəaliyyətinə qatılmamaq cəzası alıb.

Xatırladaq ki, Laqos Yunan adalarındakı miqrantların vəziyyətindən danışarkən “Yunanıstan vətəndaşlarının 70%-i qanunsuz miqrasiyaya qarşıdır. Ölkə xalqı miqrantların hücumuna məruz qalır. Bir tərəfdə Türkiyə var. Ölkəmizə axın-axın miqrantlar gəlir. Buna son verməliyik deyərək” kağızdan hazırlanmış bayrağı cırmışdı.

Bu isə Türkiyə ictimaiyyətinin böyük narazılığına səbəb olmuşdu.шаблоны для dle 11.2
Tarix: 11-02-2020, 21:23
Baxış sayı: 632







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu