Şəhriyar hindistanlı rəqibi ilə oyuna çıxmadı A- / A+
Şəhriyar hindistanlı rəqibi ilə oyuna çıxmadı




Yanvarın 28-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında “Masters” turnirinin səkkizinci turunun oyunları keçirilib.

"TodayNews.az" xəbər verir ki, Azərbaycan şahmatçılarından Vasif Durarbəyli türkiyəli Cəmil Can Əli Marandini məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə hindistanlı Rameşbabu Praqnanandha ilə oyuna çıxmadığı üçün ona texniki məğlubiyyət verilib.

Ötən səkkiz turun nəticələrinə görə V.Durarbəyli 5,5, Ş.Məmmədyarov 5 xal toplayıblar.

On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.шаблоны для dle 11.2
Tarix: 29-01-2020, 10:02
Baxış sayı: 582







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu