"Istedadlılarmızı tanıyaq!" A- / A+
"Istedadlılarmızı tanıyaq!"


İstedadlarımızı tanıyaq!

Dünya arenalarında bayrağımızı dəfələrlə dalğalandırmış idmançımız, Rüstəm Müslümov!

2005-ci ildə jiu-jitsu idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı, 2018-ci ildə Macarıstanda dünya çempionatında, sonra həmin ildə Rumıniyada keçirilən kempo-karate idman növü üzrə Avropa çempionatında qalib olan Rüstəm Müslümov, idmanda göstərdiyi xüsusi nailiyyətlərinə görə, elə həmin ildəcə, Prezident , İlham Əliyevin göstərişi ilə "İdman Ustası" adına layiq görülüb. Bu fəxri ad, idmançımıza stimul oldu. O bunu, öz təşəkkür nitqində də dilə gətirdi:
-"Bu ad mənim məsuliyyətimi daha da artırdı. Bundan sonra da əzmlə məşqlərimi davam edirib, uğurlarımın ardını gətirərək, hər zaman Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnini səsləndirməyə çalışacağam".
Bu adın məsuliyyətini çox yaxşı dərk edən idmançımız 2019-cu ildə Muay-Tay tayboks idman növündə, ölkəmizdə təşkil olunan turnirdə, Amerikalı rəqibini də məğlub edərək, "Çempion" tituluna yiyələndi.
Beynəlxalq arenalarda öz sözünü dəfələrlə demiş idmançımıza, gələcək karyerasında bol uğurlar arzulayırıq.

Xəbərin Müəllifi
İsa Taralovшаблоны для dle 11.2
Tarix: 13-01-2020, 22:18
Baxış sayı: 1 269







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu