Yanğın və Səbəbləri A- / A+
Yanğın və Səbəbləri


Hər gün dünyada 100-dən çox yanğın baş verir.Yanğınların əsas səbəbi -yanğından istifadə zamanı ehtiyatlı davranmayan insanların çirkin rəftarıdır :siqaret atması ,yanan kibrit ,müherriki işləyən avtomobillere yanacaq doldurma,tonqal hazırıamaq ve sair.
Statistikaya əsasən son 20 ilde 1 milyona yaxın insan ,80milyon yanğının qurbanı oldu.Yanğınların sayına göre ABŞ liderlik edir.Məsələn Amazon meşələrinde çıxan yanğınlar bu il 2018-ci ilə müqayisede 80 faiz artıb.Braziliyada son altı ilin ən çox sayda yanğinları baş verir.Cənubi Amerikada hər bir dəqiqədə bir futbol stadionu böyüklüyündə meşəliyin itirilməsi ilə nəticələnən yanğınlar təkcə bu qitəyə yox, bütün dünyaya təsir edə biləcək miqyasdadır. Bu regionda bitən bir çox bitki növü tibdə dərman istehsalında istifadə olunur. Əldə edilən bitkilərdən xərçəng xəstəliyinin dərmanları da, kosmetik vasitələr də istehsal olunur.Dünya liderləri Amazon yanğınları haqda bunu deyib:"Amazon meşəliyi-planetimizin 20 faiz oksigenini təmin edən ağ ciyərlər-yanır".
Dəhşətə salan yanğınlar bizim ölkenidə yan keçmədi.FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 23-də nazirliyin 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub. Yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin təyyarəsi və iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Meşə bizim sərvətimizdir! Bu heyvanlar, quşlar və bitkilərin müxtəlif dünyasıdır. Meşə insanlara dəyərli ağac növləri, xəzlər, dərman bitkiləri bizə bəxş edir. Təbiəti qoruyun, meşənin təbii bir yaşayış olduğu heyvanları xatırlayın, onları evlərindən məhrum etməyin.
Xəbərin Müəllifi
Qəndab Dünyamalıyevaшаблоны для dle 11.2
Tarix: 9-09-2019, 16:53
Baxış sayı: 36



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu