"Bu gün Çingiz Mustafayevin Doğum günüdür." A- / A+
"Bu gün Çingiz Mustafayevin Doğum günüdür."


Xalqımızın qəhrəmanı olan Çingiz,həm də bir çoxlarının arzularının qəhrəmanıdır."Torpaq uğrunda ölən varsa,vətəndir" deyilmişdir.Sən torpağı vətən edən oğullardan oldun.Təhlükənin başının üstündə olduğunu bilə-bilə sona qədər getdin.Budur qeyrət dediyimiz,budur vətənpərvərlik.Bir heykəltaraşın yaratdığı heykəl,bir müəllimin yetişdirdiyi şagird onların əsəri sayılırsa, qorxmadan,çəkinmədən çəkdiyin kadrlar da sənin əsərin sayılır.Özü də şah əsərin.Xocalı harayını dünyaya çatdırdın və şərəfinlə əbədiyyətə qovuşdun.Bizim olana başqasının sahib olmasına dözə bilmədin.Aldığın mərmi qəlpəsindən çəkiliş zamanı həlak oldun.Amma sonadək kameranı söndürmədin.Bu sənin öləndən sonra da yaşayacağına işarə idi.Bizə ölümün gözünə dik baxmağı,sinə gəlməyi öyrətdin.Vətən üçün yaşamağı,sevməyi öyrətdin.İnşallah,Tanrının və sənin kimi hünərli oğulların sayəsində torpaqlarımız da geri qayıdacaq.Bu gün sənin doğum günündür.Sənə ən böyük hədiyyəmiz Qarabağda sənin əbədiyyətə qovuşduğun,mübarək qanının axdığı yerdə hörmətlə dayanıb,sevinc göz yaşları içində "Gözün aydın,Vətən oğlu,torpaqlarımızı azad etdik" deyə səslənməyimiz olacaq və orada uğrunda canından keçdiyin üçrəngli bayrağımızı dalğalandıracağıq.
Ad günün mübarək.Ruhun şad olsun.

Xüsusi müxbir
Qafarova Ləmanшаблоны для dle 11.2
Tarix: 29-08-2019, 15:19
Baxış sayı: 38



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu