Qobustan rayon Telekommunikasiya Qovşağında yenə ÖZBAŞINALIQ! A- / A+
Qobustan rayon Telekommunikasiya Qovşağında yenə  ÖZBAŞINALIQ!


Qobustan rayon Telekommunikasiya Qovşağının rəisi Aslanov Bəhruz Yengibar oğlunun özbaşınalıqları davam edir.

Ötən günlərdə adı çəkilən idarə ilə bağlı redaksiyamıza Qobustan sakinlərinin şikayəti olmuşdu. Redaksiyamız işə qarışandan sonra problem həllini tapmışdı. Bu dəfə isə problemdən də ötə, özbaşnalıqdan danışacağıq. Vətəndaş Hacıyev Orxan Eldar oğlu TodayNews.az informasiya portalına bildirir ki, 2012-2013-cü ildə Qobustan rayonu Telekommunikasiya Qovşağının əməkdaşları onun həyətinə rabitə dirəyi basdırıblar. Basdırarkən bunun müvəqqəti olduğunu bildiriblər. Adını qeyd etdiyimiz yerli sakin də bunun müvəqqəti olduğunu düşünərək bununla razılaşıb.
Ötən gün isə (10.06.2019 – red.) Vətəndaş Hacıyev Orxan Eldar oğlu Telekommunikasiya Qovşağına müraciət edərək həyətində ev tikmək istəyini bildirib. Beləliklə, Qovşaqdan rabitə dirəyini həyətindən cixartmağlarını tələb edib. İdarə rəisi Bəhruz Aslanov isə cavabında bildirib ki, bizim dirəyi ordan çıxartmağımıza vəsaitimiz yoxdur. Şikayətçi Orxan Hacıyevin bildirdiyinə görə, dirəyi həyətdən çıxartmaq üçün ondan 150 manat pul tələb olunub.

TodayNews olaraq, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2
Tarix: 11-06-2019, 20:35
Baxış sayı: 412







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu