Daha 10 dini icmaya maliyyə yardımı ayrıldı A- / A+
Daha 10 dini icmaya maliyyə yardımı ayrıldı

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Komitədən verilən məlumata görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini icmalara həyata keçirəcəkləri layihələr çərçivəsində milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib. O, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağın, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin, ümummilli maraqlardan çıxış etmələrinin vacibliyini bildirib.

S.Salahlı icmaları radikalizmlə mübarizədə daha fəal olmağa çağırıb. O, dini icma sədrlərinə müvafiq tövsiyələrini verib.

Astara şəhəri “Qum” məscidi dini icması, Bakı şəhəri Xətai rayonu “Mirtağı” məscidi dini icması, Sumqayıt şəhəri Corat qəsəbə məscidi dini icması, Goranboy rayonu Qızılhacılı qəsəbə məscidi dini icması, Göyçay şəhəri “Mərkəz” məscidi dini icması, Sabirabad rayonu Zəngənə kənd məscidi dini icması, İsmayıllı rayon Basqal qəsəbə məscidi dini icması, Quba rayonu II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması, Masallı rayonu Çaxırlı kənd məscidi dini icması, Salyan rayonu Ərəbqardaşbəyli kəndi “Keçmiş Ərəbbəbirxanlı” məscidi dini icması ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər həyata keçirəcək.

Qeyd edək ki, DQİDK tərəfindən indiyədək 151 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 132-i isə İslam dini icmasıdır.
Tarix: 6-12-2016, 17:30
Baxış sayı: 232



Digər xəbərlər




      • : Ziyaretçi
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Народ кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
      даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
      Читайте статья по настройке компа здесь.
      Видео по установке и настройке смотрите тут.
      Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Azərbaycanlı müğənni Bali adasında bal ayında

      ƏN ÇOX OXUNANLAR
        Sorğu

        Saytımızda hansı xəbərləri daha çox görmək istərdiniz?

        Siyasi
        Sosial
        İqtisadi
        Maqazin
        İdman
        Dünya
        Texnologiya
        Mədəniyyət
        Hamısını