Dövlət Gömrük Komitəsindən vətəndaşlara müraciət! A- / A+
Dövlət Gömrük Komitəsindən vətəndaşlara müraciət!






Koronavirus infeksiyasının (COVID-19) ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyənləşdirilmiş sosial izolyasiya tədbirlərinə uyğun olaraq, 17 martdan etibarən Dövlət Gömrük Komitəsində vətəndaşların qəbulu və şifahi müraciətlərə baxılması işində müəyyən məhdudiyyətlər nəzərdə tutulub.

Qurumdan “TodayNews.az”a verilən məlumata görə, qəbul otağında vətəndaşların fərdi surətdə qəbulu təxirə salınıb.

Fərdi qəbul üçün vətəndaşlardan Komitəyə gəlməmələri xahiş olunur.

Müraciətlər yalnız elektron və telefon vasitəsilə qəbul ediləcək.

Vətəndaşlar müraciətlərini yazılı şəkildə public@customs.gov.az elektron ünvanına göndərə və ya Komitənin rəsmi internet saytında fəaliyyət göstərən Komitə sədri ilə birbaşa əlaqə (virtual qəbul) bölməsinə ünvanlaya bilərlər.

Şifahi müraciətlərin, Dövlət Gömrük Komitəsinin fəaliyyətilə bağlı sualların cavablandırılması üçün Komitənin 195/6 nömrəli “Çağrı Mərkəzi” ilə əlaqə yaradılması xahiş olunur.

Gömrük prosedurları ilə bağlı Komitə səviyyəsində həll edilməsi zərurəti yaranmış məsələlərlə əlaqədar vətəndaşlar 012-404-22-38 nömrəli telefonla “Qaynar xətt” vasitəsilə müraciət edə bilərlər.шаблоны для dle 11.2
Tarix: 17-03-2020, 11:18
Baxış sayı: 703



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      Sorğu