Sərhəddə gözləyən avtobuslar Bakıya yola düşdü A- / A+
Sərhəddə gözləyən avtobuslar Bakıya yola düşdü






Epidemiya ilə əlaqədar olaraq dünəndən etibarən Türkiyə-Gürcüstan sərhədində gözləyən Bakı-İstanbul marşrut xəttinə məxsus avtobuslar artıq Bakıya yola düşüb.

“TodayNews.az” xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova yayıb. Onun sözlərinə görə, Sarp sərhəd keçid məntəqəsində qalan "VARDAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhəddindən tranzit keçidinə izn müəyyən təhlükəsizlik tədbirləri səbəbilə bu gün saat 14:30-da verilib:

“Türkiyə Cümhuriyyətinə məxsus "Metro" daşıyıcı şirkətinin avtobusuna sərhəddən tranzit keçid izni verilmədiyi üçün, həmin avtobusda olan sərnişinlər Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xüsusi avtobusla təmin edilib.

Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar.

Məlumat üçün qeyd edim ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək. Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyyə edilir”.шаблоны для dle 11.2
Tarix: 16-03-2020, 16:08
Baxış sayı: 722



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

      ƏN ÇOX OXUNANLAR
        Sorğu