Qeydiyyatı rayonda olanlar da Bakıda tibbi sığortadan istifadə edəcək A- / A+
Qeydiyyatı rayonda olanlar da Bakıda tibbi sığortadan istifadə edəcək





“Vətəndaşlar yaşadıqları ərazi üzrə Daxili İşlər Nazirliyində müvəqqəti qeydiyyata düşdüyü təqdirdə müştərək müqavilə olmadan müayinələrdən keçə bilər”.

“TodayNews.az” xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında deyib.

Bildirib ki, regionlarda qeydiyyatda olanlar yaşadıqları ərazi üzrə tibb müəssisələrinə müraciət edə bilər:

“Məsələn, Bakıda yaşayan Qax sakini Daxili İşlər Nazirliyində hazırda yaşadığı ünvan üzrə qeydiyyatdan keçdiyi təqdirdə uyğun olaraq tibb müəssisələrinə müraciət edə bilər.

Bu çətin bir proses deyil. Bizə arayış gətirir və ona əsasən sistemə qeyd olunur, müştərək müqavilə olmadan xidmətlərdən istifadə edir”.шаблоны для dle 11.2
Tarix: 20-02-2020, 13:40
Baxış sayı: 587



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu