“Müşahidəçilər yerində oturub müşahidə aparmalıdır” - Məzahir Pənahov A- / A+
“Müşahidəçilər yerində oturub müşahidə aparmalıdır” - Məzahir Pənahov





"Müşahidəçilər yerində oturub müşahidə aparmalıdır və aşkar etdiyi pozuntunu rəsmiləşdirib məntəqə sədrinə müraciət etməlidir".

"TodayNews.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

MSK sədri bildirib ki, əgər məntəqə sədri qanuna uyğun davranmasa, onda MSK-ya müraciət etməlidir

"Müşahidəçi aşkar etdiyi pozuntunu rəsmiləşdirib məntəqə sədrinə müraciət etməlidir. Əgər məntəqə sədri qanuna uyğun davranmasa, onda bizə müraciət etməlidir. Amma hər kəs gedib məntəqədə mübahisə edib nəyəsə nail olmağa çalışsa, onda seçki prosesinə maneə olar. Mən sosial şəbəkələri yüksək qiymətləndirirəm. Amma bu da həddini aşmamalıdır. Bəzi yerlərdə hətta səsverməni dayandırmışdılar. Buna heç MSK-nın, yəni bizim səlahiyyətimiz yoxdur. Vətəndaşların səsvermə hüququnu heç kim poza bilməz. Sosial şəbəkələrdə qaydalar çərçivəsində pozuntuları aşkar edənlər bizim köməkçilərimizdir, hətta bizlə bərabər fəaliyyət göstərirlər. Mən onlara təşəkkür edirəm. Amma bu fəaliyyətdən sui-istifadə etmək olmaz".

Məzahir Pənahov bildirib ki, bütün müraciətlər və sosial şəbəkələrdə yayılan görüntülər araşıdırılır:

"Biz həmin hallarla bağlı ilkin araşdırması üçün DSK-ya göndərmişik. Onlarla bağlı qərar bizə göndəriləcək. Mən dünən iclasda yarızarafat, yarıciddi sizə müraciət etdim ki, sosial şəbəkələrdə qarşısınıza çıxan videoları bizə göndərin. Ola bilsin bəzi şəxslər həmin faktları əllərində nə üçün isə saxlayırlar. Amma kimdə nəsə varsa,hesab etməsin ki, bu onundur və istədiyi vaxt ictimailəşdirsə, ona hüquqi qiymət veriləcək. Lakin bu belə olmayacaq, qanuna görə müraciətlərə baxılma müddəti var. Artıq həmin müddət keçir, ona görə də kimdə belə materiallar varsa, bizə göndərsinlər".
шаблоны для dle 11.2
Tarix: 15-02-2020, 16:43
Baxış sayı: 667



Digər xəbərlər




      TAM XƏBƏR
      Son xəbərlər
      Facebook
      Foto

      "Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

      ƏN ÇOX OXUNANLAR
        Sorğu