Ölmüş şəxslərin yerinə səs verilməsi haqda xəbərə rəsmi reaksiya A- / A+
Ölmüş şəxslərin yerinə səs verilməsi haqda xəbərə rəsmi reaksiya




Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov vəfat edən bir neçə şəxsin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlərə münasibət bildirib.

"TodayNews.az" xəbər verir ki, MSK sədri həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib:

"Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə, ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə, qeyri-adi vəziyyət idi, ancaq bu sizə aid olan məsələ deyil".

M. Pənahov bildirib ki, bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb:

"Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlərə dərhal baxılır. Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə, olacaq, burada qəbahətli məsələ yoxdur".шаблоны для dle 11.2
Tarix: 9-02-2020, 18:33
Baxış sayı: 683







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

Ölkəmizdə ilk ödənişli avtomagistralın tikintisi bitmək üzrədir

Sorğu