“Kaş ki, bunlar olmazdı” - Məzahir Pənahov A- / A+
“Kaş ki, bunlar olmazdı” - Məzahir Pənahov





Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

“TodayNews.az” xəbər verir ki, MSK sədri bildirib ki, sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq. O qeyd edib ki, bu dəfə yayılan məlumatlarla bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək:

“Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, onlara qarşı qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, onlar dəyişdirilməlidir, bu prosesdə iştirak etməməlidir. Belə şəxslər haqqında ciddi ölçü götürüləcək”.
шаблоны для dle 11.2
Tarix: 9-02-2020, 18:21
Baxış sayı: 593







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu