Bu gün Azərbaycanda parlament seçkiləri keçirilir A- / A+
Bu gün Azərbaycanda parlament seçkiləri keçirilir





Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

“TodayNews.az” xəbər verir ki, seçicilər 125 dairə üzrə 5573 seçki məntəqəsində səs verəcək.

5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Səsvermə saat 08:00-da başlayıb 19:00-da yekunlaşacaq.

Yeni Azərbaycan Partiyası (YAP) 122, Müsavat Partiyası 23 nəfərlə, Ümid 19, BAXCP 13 VAP partiyası 12 nəfərlə seçkilərə qatılıb.

Mübarizə aparacaq namizədlərdən 21 faizi qadın, 79 faizi isə kişilərdir.

Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandıracaq.шаблоны для dle 11.2
Tarix: 9-02-2020, 03:19
Baxış sayı: 572







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu