“Azərişığ”ın sədri Siyəzəndə qəbul keçirib A- / A+
“Azərişığ”ın sədri Siyəzəndə qəbul keçirib



Yanvarın 23-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Siyəzəndə vətəndaşları qəbul edib.

ASC-nin Mətbuat xidmətindən “TodayNews.az”a bildirilib ki, qəbulda Siyəzən və Xızı rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Əhalinin müraciətlərini dinləyən Vüqar Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.

Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.шаблоны для dle 11.2
Tarix: 23-01-2020, 17:16
Baxış sayı: 531







TAM XƏBƏR
Son xəbərlər
Facebook
Foto

"Qobustan rayonunun bərbad və natəmiz istirahət parkı"

Sorğu